“Elələri var idi ki, dörd vəzifə daşıyır, həm də partiyanın rayon və ya şəhər təşkilatının sədri vəzifəsini icra edirdi…”-MM-İN KOMİTƏ SƏDRİ YAP İDARƏ HEYƏTİNİN SON İCLASINDA VERİLƏN QƏRARLARI ŞƏRH EDƏRKƏN BELƏ DEDİ, İSLAHATLARIN, YENİLƏNMƏLƏRİN QAÇILMAZ OLDUĞUNU BİLDİRDİ – (ÖZƏL)

Bu dəyişikliklər gözləniləndir, təbiidir. Çünki Yeni Azərbaycan Partiyasının sıraları getdikcə möhkəmlənir və bu möhkəmlənmə həm də partiyanın boy sırasının artırılmasını, yeni islahatların keçirilməsini zərurətə çevirir. Bunlar da bir növ yeni islahatlardır.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının (YAP) üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün, 10 sentyabr tarixində hakim partiyanın ali qurumunda verilən qərarları, təşkilatdaxili yenilənmələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, əvvəllər, ilk dövlərdə əsasən icra hakimiyyəti başçıları YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri idi və onlar sonradan başqaları ilə əvəzləndi, YAP-ın digər fəalları bu vəzifələrə gətirildi.

T. Rzayev bildirib ki, çünki icra hakimiyyəti başçılarnın işləri, görəcəyi tədbirlər çox idi və onlar bütün bu işləri təkbaşına çatdıra bilməzdilər.

“Sonradan müstəqil YAP-çılar partiyanın yerli təşkilatlarının sədrliyinə gətirildilər. Yaxud partiyada fəaliyyəti olan, partiya quruculuğunda yaxından iştirak, YAP-ın təşkilatlanmasına kömək edən adamlar YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri seçildilər.

Ancaq axırıncı qurultayımızdan sonra qarşıya qoyulan vəzifələr tamam başqadır ki, burada işlər daha səmərəli qurulsun, əlaqələr daha da möhkəmləndirilsin, partiya nəzarəti daha da gücləndirilsin və YAP üzvlərinin partiya quruculuğunda fəallığı daha da artırılsın. Bunun üçün də yeni şəxslər artıq yüksək əmək haqqı ilə partiyanın rayon və şəhər təşkilatlarının sədrliyinə gətirilir və onlar tam müstəqil şəxslər olurlar. Bunun özü çox xeyirildir, çox faydalıdır.

Bilirsiniz, əvvəllər hansısa bir millət vəkili həm Milli Məclisin deputatı kimi parlament fəaliyyəti ilə məşğul olur, həm də YAP-ın rayon (şəhər) təşkilatının sədri kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, YAP-da işlərin daha səmərəli qurulmasına bir o qədər töhfə verə bilməzdi. Çünki partiya sıralarının möhkəmləndirilməsi orada işgüzarlıqdan, təşkilatçılıq işindən, təşkilata müəyyən qədər nəzarətin təkmilləşdirilməsindən asılıdır. Ona görə indi tam ayrıca partiya fəallarının YAP-ın rayon (şəhər) təşkilatlarının sədrliyinə gətirilməsi çox qanunauyğun haldır və düzgün bir prosesdir. Çünki bu şəxslər artıq sırf partiya işi ilə məşğul olacaqlar.

Əvvəllər elələri var idi ki, dörd vəzifə daşıyır, həm də partiyanın rayon (şəhər) təşkilatının sədrl vəzifəsini icra edirdi. Bu, mənim qənaətimə görə, çox çətin idi və bu vəzifəni səmərəli yerinə yetirmək, demək olar ki, mümkün deyildi. Ona görə indi belə bir formatın seçilməsi, belə bir yeni sistemin qurulması gələcəkdə partiya üçün çox faydalı olacaq”-deyə, T. Rzayev bildirib.

O, həmçinin qeyd edib ki, bu gün gündəlikdə bir çox məsələlərin durması YAP-ın özünün nizamnamə tələbləridir.

“Çünki əgər gündəlikdə vacib məsələlər varsa, bunlar mütləq partiyanın Mərkəzi Aparatında İdarə Heyəti üzvlərinin bilavasitə iştirakı ilə həll olunmalıdır, yerinə yetirilməlidir. Yenə deyirəm, Yeni Azərbaycan Partiyası bu gün regionda çoxsaylı mühüm qüvvəyə, imkanlara malik olan bir partiyadır. Partiyanın sıralarında yüksək intellektə malik olan insanlar çoxdur və bu baxımdan, partiyanın təşkilatçılıq qabiliyyətinin, partiya üzvlərinin fəallığının artırılması, partiya nizam-intizamına düzgün nəzarət olunması üçün belə bir formatın qəbul olunması günün tələbidir, reallıqdır.

Çünki reallıq tələb edir ki, yeni rayon (şəhər) təşkilat sədrləri öz işlərin daha mükəmməl qursunlar. Insanlarla daha yaxından təmasda olsunlar, problemləri-istər partiyadaxili problemləri, istərsə əhatə etdikləri olan rayonda vacib olan məsələləri vaxtında araşdırsınlar. Cənab Prezidentin qarşıya qoyduğu mühüm vəzifələr ki var, o vəzifələrin yerinə yetirilməsi üçün əməli tədbirlər görsünlər. Əgər bu gün partiyanın rayon (şəhər) təşkilatının sədri sərbəst olacaqsa, o, sərbəst qərarlar vermək imkanına malik olacaq və öz işini sərbəst, səmərəli qura biləcək”-deyə, T. Rzayev daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəmsəddin Hacıyev Muxtar Nağıyevlə, Sədaqət Vəliyeva Ramin Vəlibəyli ilə, Aydın Hüseynov Qafar Əliyevlə, Məlahət İbrahimqızı Azər Süleymanovla, Vüqar Rəhimzadə Hüseynbala Mirələmovla, HİKMƏT BABAOĞLU YENİDƏN ALQIŞ HƏSƏNOĞLU İLƏ ƏVƏZLƏNDİ VƏ… – YENİLƏNİB – (2)

Read Next

“Övladımız gözümüzün qabağında şam kimi əriyə-əriyə gedir… Bu, bizə ölümdən də betərdir…”-GORANBOYLU QAZİ ŞƏMSİ HACIYEVİN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ, İKİ MƏSƏLƏNİN HƏLLİNDƏ ONLARA KÖMƏKLİK GÖSTƏRİLMƏSİNİ İSTƏDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir