“Eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadr da efirdə görsənməsin…” – Deputat

“Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez  “Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz. Axı siz bu sahədən gəlibsiniz” -, deyirlər. 

Etikxeber.az-ın xəbərinə görə, bu haqda millət vəkili Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb. 

Millət vəkili qeyd edib ki, xeyli vaxt idi ki, televiziyalarımıza baxmırmış:

“Səbəbi çox nadir hallarda maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl televizoru açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi də rayonlarımızdan birindən toy mərasimi  nümayiş etdirilirdi.  2-3 dəqiqə sonra verlişdə belə bir elan verildi: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın”. Bu, veriliş boyu  bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənin üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə özüm-özümə “Nə yaxşı ki, vaxtında getdin televiziyadan”-, dedim.  Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır.

Bir çox insanlar tez-tez “Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz”- deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “Onu efirə çağırmayın”-deyə, göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir,  kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək “Vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək”-deyir.

Mən də uşaqlara narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır, deyirəm. İnsanlar da deyir, gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə… Allah böyüyən balalarımıza özü kömək olsun!”.

Etikxeber.az

Read Previous

Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı başladı

Read Next

Mehman Hüseynovun nədə ittiham olunduğu məlum oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir