Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərkəzi Bankın Sədri Elman Rüstəmov bir ay sonra-aprel ayında postundan gedə bilər.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, ölkənin baş bankiri sonuncu dəfə bu vəzfiyə 2015-ci ilin aprelində təyin edilib və səlahiyyət müddətii bu ilin aprelində başa çatır.
Odur ki, ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə E. Rüstəmovun səlahiyyət müddətinin daha 5 il uzadılması və ya onun yeni şəxslə əvəzlənməsi məsələsinə yeni tərkibli parlamentdə baxılacaq və müzakirələrdən sonra müvafiq qərar veriləcək.
İlk öncə isə məsələyə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq.
Qeyd edək ki, 68 yaşlı E. Rüstəmov 25 ildir (1995-ci ildən) ki, ölkənin baş bankiri-Mərkəzi Bankın Sədri vəzifəsini yerinə yetirir.
Həmçinin, qeyd edək ki, E. Rüstəmov 1992-ci ilin dekabrında mərhum eks-prezident Əbülfəz Elçibəyin Sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

1995-ci ilin yanvarında eks-prezident Heydər Əliyevin Sərəncamı ilə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
2010-cu ilin aprelində yenidən 5 il müddətinə Milli Bankın Sədri vəzifəsinə təyin edilib. Dünya Bankının Azərbaycan üzrə sədridir.
2015-ci ilin aprelində daha 5 il müddətinə Mərkəzi Bankın Sədri vəzifəsinə təyin olunub.
Eyni zamanda, xatırladaq ki, E. Rüstəmov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə qudadır.

Etikxeber.az





