Elçibəyin oğlu – MEHRİBAN ƏLİYEVAYA MİNNƏTDARLIQ ETDİ – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin evi təmir edilib.

Etikxeber.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə Elçibəyin oğlu Ərturqut Əliyev bildirib.

O, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik”.

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib.

Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək, artıq təmir işlərinin başa çatdığını qeyd edib.

elçibeyin oğlu

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığıyla keçmiş dövlət başçısı Əbülfəz Elçibəyin evi təmir edilib. Dövlətçilik, milli həmrəylik və böyüklük budur”.

Etikxeber.az-ın xəbərinə görə bunu isə  millət vəkili Sahib Alıyev deyib.

“Bəs Elçibəyin portretini guya lideriymiş kimi başının üstündən asan Əli Kərimli və yanındakılar nə edirlər?

İrsini dağıdırlar, rəhmətlik Əbülfəz bəyin düşmən kimi baxdığı və ona düşməncəsinə yanaşanlarla işbirliyi qururlar, Azərbaycanın güclənməsini istəməyənlərin komandasıyla durub-otururlar…”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Nəsiminin heykəli açıldı – MOSKVADA – FOTO

Read Next

Avropa İttifaqının Bakı nümayəndəliyindən – BƏYANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir