Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elçin Ağaqulu oğlu Tağıyevin doğum günüdür.
Elçin Tağıyevin bu gün-1 iyul 2026-cı il tarixində 37 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Zəhmətabad kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub.

Ailəsinə, valideynlərinə-anası Ayna xanıma və atası Ağaqulu kişiyə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra ailəsinin Zəhmətabad kəndində yaşadığı evdə Anım məclisi düzənlənib.
Adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Yazar Raziyə Kamilqızı tərəfindən Şəhidin anası Ayna xanıma Elçin Tağıyevdən bəhs edən jurnal və kitab təqdim olunub, eləcə də Şəhidsevər xeyriyyəçi xanımlar-Kifayət xanım və Leyla xanım tərəfindən xalça hədiyyə edilib.

Şəhidin anası Ayna xanım Tağıyeva da öz növbəsində hər kəsə, məclis və ziyarət iştirakçılarına, qonaqlara özü və ailəsi adından minnətdarlığını ifadə edib, eyni zamanda, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.
“Mən Fəxr edirəm ki, Elçin Tağıyev kimi bir Oğulun, bir Qəhrəmanın Anasıyam. Nə yaxşı ki, Elçin kimi Oğul böyütmüşəm. Mən Fəxrli Anayam, mən Qürurlu Anayam, mən Qəhrəman Anayam, mən Azərbaycanın başını uca edən Şəhid Oğulun və cəmi Şəhidlərin Anasıyam”-deyə, o, əlavə edib.
Qeyd edək ki, məzarını ziyarətdə və Anım məclisində Şəhidin valideynləri, ailə üzvləri, Biləsuvar, Kürdəmir, Tərtər və Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimlər, Şəhidsevər ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elçin Tağıyev 1989-cu ilin iyul ayının 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin beş övladından, iki qardaşdan biri olub.
Ali təhsilli tək qardaşı və bacıları ailəlidir.
1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində oxuyan Elçin Tağıyev təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib və sonra ali hərbi təhsilə yiyələnib.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.
Aprel döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun zabiti-Kapitan olaraq iştirak edib.
Şərəfli döyüş yolu 5 gün çəkib, oktyabr ayının 1-də Talış kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi uzun müddət sonra, noyabr ayının 28-də Zəhmətabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən, istərsə də Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.
O, həm də Zəhmətabadın 9 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Zəhmətabadda adını daşıyan küçə var.
Elçin eyni zamanda, ailəli olub.
Dəryanur, Tağı və Məhəmməd adında üç övladı ailəsinə, Vətəninə əmanət qalıb.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:53
***
FOTOLAR:




15:15
***



16:20
***














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





