Eldəniz Səlimov xalçaçı xanımlarla-BİR ARADA – FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimov Azərxalçanın Xaçmaz filialındakı sexində seçicilərlə görüş keçirib.

Etikxeber.az-ın xəbərinə görə, YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev bildirib ki, ölkəmizdə möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır:

“Bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk”.

O, sonra Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Eldəniz Səlimov, seçki qərargahının üzvü Nazim Ağayev, Səlimə Hacıyeva və başqaları çıxış edərək ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl uğurlu siyasətdən, ölkənin inkişafından, insanların rifah halının yaxşılaşmasından, sosial paketin reallaşdırılmasından, ölkə vətəndaşlarına ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıdan danışıblar.

Etikxeber.az

Read Previous

“Sevindim ki, ölkəmizdə rəqabətli seçki mühiti yaranıb…” – AZƏR BADAMOV – FOTOLAR

Read Next

“Ərdoğanın Kiyevdəki açıqlamaları və təklifləri Kremlin xoşuna gəlməyəcək, ancaq…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir