Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərin Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovun növbəti görüşü keçirilib.
Etikxeber.az-ın xəbərinə görə,YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev açaraq deyib ki, ölkə Prezidenti tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır..
O, sonra deputatlığa namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə deputatlığa namizəd Eldəniz Səlimov, seçki qərargahının üzvü Nazim Ağayev və başqaları çıxış edərək ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasətindən, ölkəmizin inkişafından, insanların rifah halının yaxşılaşmasından, sosial paketin daima həyata keçirilməsindən, ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıdan danışıblar.
Görüş iştirakçıları Eldəniz Səlimova dəstəklərini ifadə ediblər.

Etikxeber.az