Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İşğalçı və təcavüzkar Ermənistan üzərində əldə edilən tarixi Qələbə və Zəfərimizdən, 30 illik qanlı Qarabağ münaqişəsinə son qoyulduqdan sonra öləmizdə ilk dəfə növbədənkənar parlament seçkiləri keçirildi.
Bu seçkilər həm də Zəfər seçkiləri, Qalib dövlətin, Qalib xalqın ilk parlament seçkiləri idi.
Bu seçkilər həm də dağlı-aranlı Qarabağda, bütöv Azərbaycanda keçirilən ilk parlament seçkiləriydi.
Bəzi xarici və daxili bədxah qüvvələrin üzərinə kölgə salmaq cəhdlərinə baxmayaraq, yeddinci cağırış Milli Məclisə növbədənkənar seçkilər ədalətli, şəffaf və demokrtatik qaydada keçirilən seçkilər kimi tarixə düşdü.
Bu seçkilər həm də könüllü, müstəqil seçimimiz olan demokratiyaya doğru növbəti addımımız idi.
Növbədənkənar parlament seçkilərində ölkədə fəaliyyət göstərən iqtidarlı-müxalifətli demək olar ki, əksər siyasi partiyalar iştirak etdi.
Cəmiyyəti, seçiciləri inandırmağı bacaran partiyaların bir çoxu parlamentdə öz nümayəndələri ilə təmsilçilik hüququ qazandı.
Hazırda parlamentdə 10-dan çox siyasi partiyanın nümayəndəsi təmsil olunur.
Təbii və heç şübhəsiz ki, seçkilərin birməanlı favoriti və qalibi üzvü olduğum hakim Yeni Azərbaycan Partiyası idi.
Başqa cür də ola bilməzdi.
Son 31 ildə Azərbaycanın əldə edilən bütün uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu və xidmətləri var.
Odur ki, əsası müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu şəkildə idarə olunan Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib, birinci partiya olması məntiqli və gözlənilən idi.
Hazırda parlamentdə yerlərin böyük əksəriyyəti hakim partiyaya məxsusdur.
Bildiyiniz kimi, cəmi iki gün öncə-sentyabrın 23-də yeddinci çağırış Milli Məclis fəaliyyətə başladı, ilk iclasını keçirdi.
Parlamentin açılış iclasında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev iştirak etdi, tarixi, parlaq nitq söylədi.
Tarixi nitqində ölkəni və bütövlükdə dünyanı maraqlandıran və narahat edən hər bir məsələyə öz münasibətini bildirdi, bir daha qətiyyətli və əzmkar mövqeyini orta qoydu.
O cümlədən yeddinci çağırış Milli Məclisin üzvləri qarşısında tarixi vəzifələr və hədəflər qoydu.
Ölkə Prezidenti nitqində “Biz – bütün cəmiyyət daim diqqətli olmalıyıq. Mən Xankəndidə də bunu dedim: Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim – bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq. O cümlədən bizim deputatlar da, təbii olaraq öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasın”-deyərək, hədəflərimizi müəyyənləşdirdi.
Bizim də vəzifəmiz düzgün və ardıcılı şəkildə həmin hədəflərə çatmaq və nail olmaqdır.
Çıxışı zamanı “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”-deyə, bəyan edən cənab Prezident bir daha əminliyini ifadə etdi ki, 2024-cü il tarixdə qalan il olacaq.
Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.
Cənab Prezidentin də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildik.
Çünki heç kimə sirr deyil ki, bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var.
Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir.
Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Bu baxımdan, ölkə Prezidentinin nitqində də bildirildiyi kimi, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.
Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Bəli, bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.
İndi dünyada nəinki siyasətlə məşğul olanlar, ümumiyyətlə, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil.
Tarixi çıxışda da vurğulandığı kimi, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
Ölkə Prezidenti “Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır”-deyərək, çıxışında bildirdi ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.
Bəli, hərbi büdcənin artırılması birinci dərəcəli və prioritet məsələlərdəndir və bu baxımdan, hər il hərbi büdcənin, hərbi xərclərin artırılmasının şahidi olacağıq.
Digər önəmli, vacib və növbəti vəzifələrdən biri də sərhədlərimizin qorunması ilə bağlıdır.
Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur.
Bu şərti sərhədin də relyefi, coğrafiyası çox ağır, həm də ki, iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil.
Bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir.
Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.
Çıxışında “Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”-deyən Müzəffər Ali Baş Komandan onu da söylədi ki, həmin dairələri erməni xalqı maraqlandırmır.
Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin.
Ancaq cənab Prezidentin qətiyyətli və birmənal şəkildə söylədiyi kimi, həmin dairələr bilməlidirlər ki, biz buna imkan verməyəcəyik.
Yəni, əgər real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq.
Bunu da hər kəs bilsin, qulağından sırğa etsin.
Biz öz sözümüzü Aprel döyüşlərində, tarixi Günnüt əməliyyatında, 44 günlük İkinci Vətən müharibəsində, nəhayət, “Qisas” və Antiterror əməliyyatlarında dedik, nəyə və nələrə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirdik.
“Dəmir yumruq” da yerindədir, həmin gücündədir, qətiyyətimiz, iradəmiz də hər zamankı kimidir.
Bizimlə diktə ilə, zorla, təhdidlə danışmaq qeyri-mümkündür.
Biz Qalib Dövlətik və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə də hələ çox Qələbə və Zəfərlərə nail olacağıq!
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, professor
Etikxeber.az