Eldar İbrahimov və Cavanşir Paşazadə-ÖZBƏKİSTANDAKI SEÇKİLƏRİ İZLƏYƏCƏKLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkilləri seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişatı zamanı ölkə vətəndaşlarının fəallığını izləyəcəklər.

Səfər dekabrın 24-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Prezident 80 yaşlı akademiki – “ŞƏRƏF”LƏ TƏLTİF ETDİ – SƏRƏNCAM

Read Next

Hacı Madər, Nəriman Əliyev, Əsabil Qasımov, Mahir Aslanov, İlham Əliyev… – BİZNESMEN DEPUTATLAR BU DƏFƏ NAMİZƏD OLMAYACAQLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir