Eldar İbrahimov:”TBMM-in Aqrar komitəsi ilə də əməkdaşlıq vacibdir…” – FOTOLAR

Bu gün  Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Türkiyənin  Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla  görüşüb.

Etikxeber.az xəbər verir ki,  görüşdə Əhliman Əmiraslanov ilk öncə səfiri salamlayaraq, onu bu şərəfli və məsuliyyətli vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan  və Türkiyə hökumətləri, eyni zamanda, Azərbaycan -Türkiyə və Türkiyə – Azərbaycan  Parlamentlərarası Dostluq Qrupları arasındakı dostluq-qardaşlıq münasibətləri, sıx və səmərəli əməkdaşlıq haqqında məlumat verib.

Səfir Erkan Özoral isə öz növbəsində qəbulun təşkili üçün təşəkkür edərək, Azərbaycanda daha öncə də çalışdığından, buranı öz Vətəni kimi qəbul etdiyini və iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. Səfir görüş zamanı həm də qardaş ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyətindən söhbət açıb.

Sonra görüşdə iştirak edən Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun  üzvü, Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov da yeni səfiri salamlayaraq,  iki millət arasındakı qardaş münasibətlərinin hər sahədə olduğu kimi, parlamentdə də öz əksini tapmasını və TBMM-in Aqrar komitəsi ilə də əməkdaşlığın genişləndirilməsini arzu etdiyini bildirib.

Toplantıda iştirak edən Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun daha bir üzvü,  millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev də vurğulanan məsələlərə münasibət bildirərək, xüsusilə  inşaat sahəsinin inkişafına də daim Türkiyə və türk şirkətləri, iş adamlarının dəstək verdiyini qeyd edərək, bundan sonra da bu əməkdaşlığın daha böyük layihələrlə davam edəcəyinə əminliyini bildirib.

mm-ah-2

Etikxeber.az

Read Previous

“Kinoteatrlar Azərbaycan filminin nümayişini qeyri-münasib vaxta saata salır” – Nazir müavini şikayətləndi

Read Next

“Qarabağ” futbol klubu bu gün Yunanıstana yola düşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir