Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Deputat məmurları yıxıb-sürüdü…
Bəzən orta ranqlı məmurlar belə mətbuatda haqlarında xırda nəsə gedəndə aləmi bir-birinə qatır, nəsil-nəcabətlərini ayağa qaldırırlar. Amma aylardır dövlət başçısı və onun ailəsi, o cümlədən, parlamentimiz, ayrı-ayrı nüfuzlu insanlarımız haqqında Azərbaycandan kənarda olan bəzi satqınlar tərəfindən ən ağır təhqirlər səsləndirilir, həmin məmurların birindən də səs çıxmır, sanki bunlara aidiyyəti yoxdur.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Elşən Musayev dilə gətirib.
“Məgər, Zahid Orucun ailəsi ailə deyil, məgər, Qüdrət Həsənquliyevin ailəsi ailə deyil, məgər, Siyavuş Novruzovun ailəsi ailə deyil? Onlar belələrinə qarşı hər gün mübarizə aparırlar, söyüşlərə, təhqirlərə baxmayaraq, sözlərini deyirlər. Amma məmurların çoxundan yenə səs yoxdur”– deyən millət vəkili, ümumiyyətlə, təhqirlərə, söyüşlərə əl atan şəxslərlə bağlı cinayət işlərinin qaldırılmamasına kəskin etirazını bildirib:
“Niyə onlar haqqında cinayət işləri başlanmayıb, prokurorluq orqanları nəyi gözləyirlər? Əgər belələrinə qarşı ciddi tədbirlər görülməsə, yeni Eldar Mahmudovlar, yeni “Quska”lar hələ çox olacaq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az