Eldar Namazovun qohumu olan Dilarə Seyidzadə də yola salınır? – “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Ölkə Prezidenti İlham Əliyev Dilarə Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, sabah D. Seyidzadənin  yubiley doğum günüdür. Onun 80 yaşı tamam olur.

Həmçinin, qeyd edək ki, D. Seyidzadə 1999-cu ildən ( qohumu Eldar Namazov istefa verəndən sonra)  Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi vəzifəsində işləyir, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur.

“…Dilarə Seyidzadənin mənə qohumluğu çatır. Açığı deyim, istefaya gedəndən bu günə kimi onunla heç bir əlaqəmiz olmayıb. Şəxsən bilə-bilə çalışıram ki, əlaqələr olmasın. İndi kimin harda adamı varsa, ondan siyasi fiqur düzəltmək dəb halını alıb. 1999-cu ildə istefa ərizəmi yazıb gedəndə qərar vermişəm ki, hansısa vəzifədə çalışan uzaq-yaxın qohumlarım varsa, onlarla heç bir ünsiyyət qurmayım…”.

Bunu isə bir neçə il öncə mətbuata müsahibəsində E. Namazovun öz dilə gətirmişdi.

Etikxeber.az

 

Read Previous

İlham Əliyevlə Danq Thi Nqok Thinhi qəbul etdi – FOTO

Read Next

İlham Əliyev Koreya və Oman rəsmiləri ilə görüşdü – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir