“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələrinin hazırlanması mühüm əhəmiyyət kəsb edir…”-MM-İN KOMİTƏ SƏDRİ

Hüquqi mexanizmin formalaşdırılması enerji keçidinin özəl investisiya hesabına həyata keçirilməsi üçün mühümdür.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, bu baxımdan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələrinin hazırlanması mühüm əhəmiyyət kəsb edir.

“Məndə olan məlumata əsasən, bu qanun layihələri tezliklə Milli Məclisə təqdim ediləcək. Sözsüz ki, bu qanunların qəbul edilməsi, müəyyən edilmiş hədəflərə, o cümlədən Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi müəyyənləşdirilmiş “yaşıl enerji” məkanının formalaşdırılmasına ciddi töhfə verəcək”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik…”-İLHAM ƏLİYEV – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Read Next

“Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri çox dözülməzdir…”-VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir