Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədləri müəyyənləşdirildi

Nazirlər Kabineti “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” qərar verib.

Etikxeber.az-ın məlumatına görə, qərara əsasən 150 kilovatdan yuxarı alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsal edən elektrik stansiyaları və gücü 500 kilovatdan yuxarı olan su elektrik stansiyaları və bioloji kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları üçün icazə tətbiq olunacaq.

İstismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı həddə müəyyən edilib.

Etikxeber.az

Read Previous

Ermənilər atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub

Read Next

Gənc oğlan Ərdoğanı çaş-baş saldı… FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir