“Elektrik enerjisinin kəsilməsinə səbəb olanlar məsuliyyətə cəlb ediləcək”- DEPUTAT

“Bir qədər əvvəl bəzi saytlarda Mingəçevir şəhər 17 saylı uşaq bağçasında elektrik enerjisinin olmaması barədə xəbər yayıldı. Bununla bağlı dərhal Mingəçevir şəhər İcra Hakmiyyəti ilə əlaqə saxladım”.

Etikxeber.az xəbər verir ki, bunu Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Onun sözlərinə görə, məlum olub ki, bəzi şəxslərin sələnkarlığı nəticəsində uşaq bağçasının smart-kartına sərf edilən elektrik enerjisinin ödənişi üçün pul vəsaiti vaxtında köçürülməyib.

“Fakt aşkarlanan kimi vəsait dərhal ödənilib və bu gün günortadan orada elektrik enerjisi bərpa edilib.

Məsələ ilə bağlı səhlənkarlıq edənlər müvafiq qaydada məsuliyyətə cəlb ediləcəklər”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib – Əfv Komissiyası

Read Next

Əliyev İsrailin müdafiə naziri ilə görüşüb – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir