Elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb.

Etikxeber.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, portala əlavə olunan elektron kitablar Azərbaycan və rus bölmələri üzrə 5-ci sinif “Həyat bilgisi” və 9-cu sinif “Biologiya”, “Coğrafiya”, “İnformatika”, “Təsviri incəsənət”, “Fizika”, “Ümumi tarix” dərslikləridir. Növbəti aylarda digər siniflər üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin hazırlanıb portal yerləşdirilməsi davam etdiriləcəkdir.

Qeyd edək ki, elektron dərsliklər portalında indiyə qədər 93 342 nəfər qeydiyyatdan keçib. Bu müddət ərzində elektron dərslik və müəllim metodiki vəsaitləri 1 052 000 dəfədən çox istifadə olunub. Portala gündəlik 2500-4000 arası istifadəçi daxil olur. 2016-cı ilin ilk 9 ayında elektron dərslik portalından 285 808 nəfər faydalanıb. Bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. Belə ki, 2015-ci ilin 9 ayında portaldan cəmi 91 968 nəfər yararlanıb.

Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.

Etikxeber.az

Read Previous

“Azərişıq” ASC referendum zamanı gücləndirilmiş iş rejimində çalışacaq

Read Next

Hikmət Babaoğlu: “Dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir