Əliyev “907-ci düzəliş”in dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Trampa-TƏŞƏKKÜR ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Etikxeber.az paylaşımı təqdim edir:

“Möhtərəm Prezident Donald Tramp,

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.

Read Previous

 Zəngəzur dəhlizi mütləq inşa ediləcək-AZƏRBAYCAN PREZİDENTİ

Read Next

“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”-İlham Əliyev 31-ci “Baku Energy Forum”un açılış mərasimində-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir