Elməddin Anar oğlu Məmmədli: AİLƏNİN 4 ÖVLADINDAN BİRİ, NƏŞİ 21 GÜNDƏN SONRA DƏFN EDİLƏN 3 MEDALLI ŞƏHİDİMİZ…LƏNKƏRANLI VƏ QUBALI ŞƏHİD AİLƏLƏRİ ŞƏHİDİN-ELMƏDDİNİN OCAĞINDA BİR ARAYA GƏLDİLƏR… – FOTOLAR

Elməddin Anar oğlu Məmmədli…

Lənkəran şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən sevdalılarımızdan, Nur üzlülərimizdən biri…

Vətən üçün doğulan, Vətən yolunda da gedən oğul…

Elməddin 2000-ci ilin avqust ayının 10-da Lənkəran şəhərinin Velədi kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri olub…

Elməddingil ailədə 3 qardaş, 1 bacı olublar…

Elməddin 2020-ci ilin aprel ayında hərbi xidmətdən qayıtdıqdan cəmi 5 ay sonra, sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub…

Sentyabrın 27-dən isə İkinci Vətən Müharibəsində iştirak edib…

Füzuli istiqamətlndə döyüşüb…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 3-də danışıb…

Ondan sonra Elməddindən xəbər almaq mümkün olmayıb…

Yalınız oktyabrın 23-də Elməddinin Şəhidliyi xəbəri ailəsinə verilib…

Nəşi ayın 24-də Velədi kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Elməddin həm də Velədinin 3 Şəhidindən biridir…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” medalları təltif olunub…

Yaşadığı küçəyə Şəhidin adı verilib…

Elməddin həm də subay olub…

Elməddinin qardaşlarından Elcan isə hazırda ailəlidir, 1 oğlan atasıdır…

Oğluna da qardaşının-Elməddinin adını verib…

Ruhu köməyi olsun, torpağı sanı yaşasın!

***

Bu gün Qubalı Şəhidimiz Miqdad Abduləlimovun valideynləri-Tünzalə xanım və Faiq bəylə Elməddinin ailəsini ziyarət etdik, onlara baş çəkdik…

Şəhidimizin ailəsinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məqamı Uca, ruhu şad olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Qeyd edim ki, Şəhidimizin ailəsini ziyarət edən zaman daha bir necə Lənkəranlı Şəhidimizin ailə üzvləri Elməddingilə gəldilər…

Dərd və Qürur ortaqları olan Şəhid ailələri, Şəhid valideynləri bir araya gəldilər…

Görüşdülər, söhbətləşdilər, dərdləşdilər…

Duyğulandılar, kövrəldilər, göz yaşlarına hakim ola bilmədilər…

Eyni zamanda, bir-birilərinə təsəlli verdilər…

Allah hamısının səbr və dözümünü versin!

Övladlarının məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

20 gün öncə və 20 gün sonra: KÖNHƏ HAMAM, KÖNHƏ TAS…QAZİ MƏLİK MƏLİKOVUN AİLƏSİNİN DURUMU, ÖMÜR ÇÜRÜTDÜKLƏRİ “EV”İN VƏZİYYƏTİ OLDUĞU KİMİ QALMAQDA, KİMSƏNİ NARAHAT ETMƏMƏKDƏDİR…SÖZÜN BİTDİYİ YER!!! – FOTOLAR – YENİLƏNİB

Read Next

“Hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”-ETSN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir