“Elməddin uşaqlıqdan Vətəninə, Torpağına bağlı uşaq idi…Elə ona görə də Vətənini, Torpağını ailəsindən, valideynlərindən üstün tutdu…”-BU SÖZLƏRİ LƏNKƏRANLI ŞƏHİD ELMƏDDİN MƏMMƏDLİNİN ANASI MƏLAHƏT MƏMMƏDOVA ÖVLADININ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

26 aprel 1995-ci il təvəllüdlü, ailənin üç oğlan övladından biri, evin böyük oğlu, subay, dörd medallı-Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Ələddin Məmmədlinin Cənnətdəki beşinci doğum günü, 30 yaşının tamam olması ilə bağlı bu gün-26 aprel 2025-ci il tarixində, səhər saatlarında Göyşaban kənd Mədəniyyət Evində tədbir düzənlənib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəli sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidin ruhuna dualar edilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə çıxışlar olunub və çıxışlarda Şəhidin 25 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışılıb.

Vətən naminə fədakarlığından, İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Cənnətdəki beşinci doğum günü təbrik edilib, ailəsinə, valideynlərinə-anası Məlahət xanıma, atası Ələddin Məmmədova, eləcə də hər iki qardaşına Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Məlahət xanımın dediklərindən:

“…Elməddin uşaqlıqdan Vətənpərvər, Vətəninə, Torpağına bağlı uşaq idi…Elə ona görə də Vətənini, Torpağını ailəsindən, valideynlərindən-bizlərdən üstün tutdu, Vətəni yolunda Şəhid oldu…”

Tədbir zamanı həmçinin, məktəblilər tərəfindən Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.

Bu zaman kövrək, təsirli anlar yaşanıb.

Tədbir iştirakçıları, Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.

Eyni zamanda, tədbirdə Vətənpərvərlik ruhunda mahnlar, o cümlədən Şəhidə həsr olunmuş mahnı ifa edilib.

Şəhid ailəsinə hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.

Daha sonra Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Qeyd edək ki, Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil olunmuş tədbirdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Lənkəranlı, Bərdəli, Bakılı, Lerikli Şəhid ailələri, məktəblilər, yerli ziyalılar, din xadimləri, Lənkəran şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Onu da qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində döyüşlərə atılan Elməddin Məmmədli oktyabrın 24-də Qubadlı rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 26 oktyabr tarixində Əbədiyyətə uğurlanıb.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

19:40

***

FOTOLAR:

20:45

***

21:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu-BAŞ PROKURORLUQ

Read Next

“UNUDULMAZ OĞULLAR”-Raziyə Kamilqızının növbəti kitabının təqdimatı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir