Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin növbəti onlayn iclasları keçirilib.
Hər iki iclasda da çox önəmli qanun layihələri-“Təhsil haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Cinayət Məcəlləsinə çox mühüm dəyişiklikləri özündə ehtiva edən qanun layihələri müzakirə olunub və sonda da hər üç sənəd MM-in plenar iclaslarına tövsiyə edilib.
Bəs görəsən, bu həftə digər komitələrin də növbəti onlayn iclaslarının keçirilməsi gözlənilirmi?
MM-in Əmək və sosial siyasət komitəsinin hələlik bu həftəyə iclası gözlənilir.
Bu haqda Etikxeber.az-a adıçəkilən komitədən bildirilib.
Eyni zamanda, Elm və təhsil komitəsinin bu həftə üçün iclası, o cümlədən, bir neçə müddətdir gündəmdə olan “Ali təhsil haqında” qanun layihəsinin yeni və ilkin variantda müzakirəsi nəzərdə tutulmur.
Komitədən bildirilib ki, adıçəkilən qanun layihəsinin müzakirəsi və qəbulu vacibdir, zamanı gələndə də müzakirələrdən keçirilərək, qəbul olunacaq.

***
08:48
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin isə bu həftənin beşinci gününə-ayın 17-nə növbəti iclası gözlənilir.
Komitədən bildirilib ki, amma iclas onlayn formasında deyil, əvvəliki formatında, komitə üzvlərinin birbaşa iştirakı ilə MM-də keçiriləcək.
Qeyd edək ki, elə həmin gün MM-in növbəti-6-cı plenar iclası da olacaq.
Əvvəlki iki iclasdan fərqli olaraq, bu iclasa artıq yaşlı, yaşı 65-dən yuxarı olan millət vəkilləri də qatılacaqlar.
Bu haqda da saytımıza MM-dən bildirilib.
***
11:40
Son anda əldə etdiyimiz məlumata görə isə bu günə MM-in Elm və təhsil komitəsinin növbəti iclası təyin olunub.
İclas onlayn qaydada keçiriləcək.
***
Bu həftə daha bir komitənin-Aqrar siyasət komitəsinin iclası gözlənilir.
Bu haqda komitənin sədri Tahir Rzayev məlumat verib.
“Bizim komitənin də bu həftəyə onlayn iclası gözlənilir. İclasda da bir neçə məsələyə, qanun layihəsinə baxılması nəzərdə tutulur. Bunlar bələdiyyələrin illik hesabatı ilə bağlı məsələ, həmçinin, MM-in deputatının statusu, parlamentin Daxili nizamnaməsi və komitələr ilə bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir. Sonuncular 3-cü oxunuşda müzakirə ediləcək və bələdiyyələrin illik hesabatı ilə birlikdə plenar iclasa tövsiyə olunacaq”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az





