Elman Rüstəmov yola salınır-TALEH KAZIMOV İSƏ AMB İDARƏ HEYƏTİNİN ÜZVÜ SEÇİLİR – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Etikxeber.az xəbər verir ki,  hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları MM-in plenar iclasında müzakirə üçün tövsiyə edib.

***

Qeyd edək ki, MM-in yaz sessiyası çərçivəsində sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Belə ki, iclasın gündəliyinə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları daxil edilib.

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlərin sayı 6-ya çatıb.

Bunlar aşağıdakılardır:

– Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında.

– Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında.

– “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

– “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

– Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

– Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Etikxeber.az

Read Previous

Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB -(1)

Read Next

16 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir