Elmar Hüseynovun qətlindən 12 il keçir…

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

Etikxeber.az xəbər verir ki, mərhum jurnalist 2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman “Monitor” jurnalının naşiri və baş redaktoru idi.

Cinayətin üstü indiyədək açılmayıb.

Mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Etikxeber.az

Read Previous

Neftimiz bir dollara yaxın bahalaşıb

Read Next

Ordumuz düşmənə ağır zərbə endirdi, ermənilər onlarla itki verdi – MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir