Elmar Məmmədyarovun atası və bir qrup alim təltif olundu – SƏRƏNCAMLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Əlimərdanov Hafiz Mütəllim oğlu, Həsənov Arif Həsən oğlu İbrahimov Hikmət Camal oğluna “Əməkdar elm xadimi”, Abdullayev Elmar Şahmar oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.

İlham Əliyev həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Əliyeva Leylufər İmran qızı

Hacıyev Arif Şahmalı oğlu

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Səidova Adilə Atakişi qızı

Süleymanov Samir Süleyman oğlu.

Azərbaycan Prezidenti eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abbasov Vaqif Məhərrəm oğlu

Məmmədyarov Məhərrəm Əli oğlu

Rüstəmov Musa İsmayıl oğlu.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.

O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.

məmmədyarov-atasi

Etikxeber.az

Read Previous

Cümhuriyyətimizin daha bir yadigarı-101 yaşlı Azərbaycan Prokurorluğu! – DEPUTAT YAZDI

Read Next

Prezident Gənclər Fonduna 4 milyon ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir