Elmira Axundova: “Bu, sadəcə, utancdır” – FOTOLAR

“Əlil bu pulla kommunal xərclərini ödəsin, yoxsa, dolansın?”

“Əlillərə verilən müavinət utancvericidır”.

Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin(MM) Əmək və sosail siyasət komitəsinin dünən keçirilən iclasında deyib. Onun sözlərinə görə, əlil ona verilən 55 mnatalıq müavinətlə necə yaşaya bilər: “Bu, sadəcə, utancdır. Ona görə də bu məsləyə mütləq baxmaq lazımdır. Onunla axı, necə yaşaamq olar?”.

Millət vəkili Aytən Mustafayeva bildirib ki, büdcədə mütləq əlillərə verilən 55 manatlıq müavinət məsləsinə baxmaq lazımdır: “Bu vəsaitlə əlil hansı problemini həll edə bilər ki? O, bu pulla kommunal xərclərini ödəsin, yoxsa, dolansın?”.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, bu məsələlər həssas olduğundan diqqətlə yanaşmaq lazımdır. “Büdcədə sosial müdafiə məqsədlər üçün vəsait artırılıb ki, bu da müavinətlərin artırlmasına yönəldiləcək. İndiki inflyasiya şəraitində indeksasiya məsələsi nəzərə alınacaq. Məhz sosial müavinətlərin, pensiyaların artırılması məqsədi ilə büdcədən ayırmalara nəzərdə tutulub” –deyə, komitə sədri vurğulayıb.

Bununla belə komitə sədri bildirib ki, növbəti ildə ehtiyac meyarında artım olmasa da, yaşayış minimumunda artım olacaq: “Odur ki, növbəti ildə ünvanlı sosial yardımlarda artım gözlənilmir”.

“Sürücülərin nəqliyyat vasitələrini təhlükəli sürməsi nəticəsində yollarda dəhşətli vəziyyət yaranıb”

Daha sonra iclas zamanı  E. Axundova bildirib ki, bu gün Azərbaycan yollarında dəhşətli vəziyyət yaranıb. “Artıq son günlərdə respublikada əcnəbi turistlərin həlak olmasının şahidi oluruq. Yollarda sürücülərin nəqliyyat vasitələrini təhlükəli sürməsi nəticəsində yollarda dəhşətli vəziyyət yaranıb. Odur ki, bizə aid olamasa da, yollarla bağlı xüsusi qanunun hazırlanmasına ehtiyac var. Sürücülər və piyadalar arasında ciddi maarifləndirmə işlərinə ehtiyac var. Bununla belə təklif edirəm ki, köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır”- deyə, o, bildirib.

Millət vəkili Araz Əlizadə isə deyib ki, yollardakı qəza və ölüm hallarının azalması üçün ilk növbədə sürücülk vəsiqələrinin satışının qarşısı alınmalıdır. “Digər məqam isə sürücülərdə mədəniyyət səviyyəsinin artırılmasına nail olmaq lazımdır. 1990-ci illərin ortalarına kimi Türkiyədə ildə 30-50 min nəfər arasında insan yol qəzalarında həlak olurdu. Bu məsələ hökumətdə ciddi müzakirəyə səbəb olur və məsələ baş nazir Bülənt Ecevitə məruzə edilir. Məruzəni dinləyən Ecevit gülmsəyərək deyir ki, əfəndiliyimizi itirdiyimiz üçün bu hallar baş verir:”Əvvəllər Türk insanı bir- birinə yol verməyi bacarırdısa, indi isə sayğısız bir halda adamı ötüb keçir. Nə qədər ki, əfəndiliyimizi qaytarmayacağıq, o zamanadək bu hadisələr baş verəcək”. Burada digər bir məqam da ondan ibarətdir ki, cavanlar yollarda tüğyan edir. Polis xüsusi dövlət nömrə nişani  və ya bölgə nömrəsi olan avtomobillərə yaxın düşə bilmir. Nə qədər ki, bunlar olacaq, yollarda ölüm də olacaq. Yollardakı ölümü azaltmaq üçün bu problemləri həll etmək lazımdır”– deyə, A. Əlizadə bildirib.

H. Rəcəbli də bildirib ki, bu məsələdə narahatedici məqamalar var və bu problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

“Nəqliyyat vasitələrində işləyən sürücülər ildə minimum bir dəfə təlimlərə cəlb olunmalıdır”

Hadi Rəcəbli həmçinin bildirib ki, sərnişin daşıyan nəqliyyat sürücüləri ildə bir dəfə təlimlərə cəlb olunmalıdır. Onun sözlərinə görə, bu gün sərnişin daşıyan nəqliyyat sürücülərinin hərəkət vəziyyəti problemli olaraq qalır. “Ona görə də hesab edirəm ki, sürücülk mədəniyyətinin artırılması məqsədi ilə bu nəqliyyat vasitələrində işləyən sürücülər ildə minimum bir dəfə təlimlərə cəlb olunmalıdır. Onlarla bu təlimlərdə nəqliyyatı nümunəvi idarəetmə və bu sahədə  digər maarifləndirmə işləri aparılmalıdır”.

hadiiiiiiiiiiiiiiiii-1111111111111111arrazz

ayten_mustafayeva_101215

Etikxeber.az

Read Previous

Noyabrın 17-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

Şəhid hərbçi dəfn olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir