Elmira Axundova İslam Kərimovdan yazdı

Özbəkistanın kun.uz portalı Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın mərhum Prezident İslam Kərimov haqqında rus dilində məqaləsini yayıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin əvvəlində bildirilir ki, hələ keçmiş SSRİ dövründən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Kərimovla isti münasibətləri olub, onlar dostluq ediblər və bu, uzun illər davam edib. Qeyd edilir ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən İslam Kərimov Özbəkistanın maliyyə naziri, sonra isə Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışıb və müxtəlif iclaslarda tez-tez görüşüblər. Məhz bu iki liderin səyi nəticəsində ölkələrimiz arasında diplomatik əlaqələr yaranıb və bu əlaqələr inkişaf edir.

Məqalədə xüsusi vurğulanır ki, İslam Kərimov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bildirmişdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirdi.

Müəllif məqalədə, həmçinin müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərində jurnalist kimi iştirak etməsi və İslam Kərimovla görüşlərindən bəhs edir.

elmira-1

Etikxeber.az

 

 

 

Read Previous

Gömrükçülər dərman preparatlarının ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıb-DGK

Read Next

Nazir: “Korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir