“Elmlər Akademiyası”nın 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək

“Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülündə aparılan təmir işləri başa çatmaq üzrədir, işlərin əksər hissəsi görülüb.

Stansiyanın 1-ci vestibülünün açılışı oktyabr ayına planlaşdırılmasına baxmayaraq, sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, sentyabrın 15-də stansiyanın açılışı nəzərdə tutulur.

Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənib. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.

Etikxeber.az

Read Previous

Rövşən Səfərov XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb

Read Next

“Bizim üçün ən vacibi Azərbaycan xalqının seçimidir”- Avroparlament

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir