Elnur Aslanov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Hüseyn Bağırov… – EKSLƏR İLK DƏFƏ BİR ARADA – YENİLƏNİB

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) 85 nəfərdən ibarət əsas seçkili orqanı olan Siyasi Şurasının iclası keçiriləcək.

Etikxeber.az-a daxil olan məlumata görə,  təcili çağırılan iclasda həm partiya, həm də ölkənin ictimai-siyasi həyatı ilə bağlı bir sıra vacib məsələlərin müzakirəsi və önəmli qərarların verilməsi gözlənilir.

Siyasi Şuradan sonra isə partiyanın 20 nəfərdən ibarət baş orqanı İdarə Heyətinin iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2013-cü ildə keçirilən qurultayda formalaşdırılan İdarə Heyətinin son 6 il ərzində bir necə dəfə iclası keçirilsə də, Siyasi Şuranın yeni tərkibdə iclası son illərdə ilk dəfədir keçirilir, Siyasi Şura üzvləri ilk dəfədir ki, bir araya gəlir.

Onu  da qeyd edək ki, Siyasi Şurada hazırda vəzifədə işləyənlərlə yanaşı, vaxtı ilə yüksək vəzifə tutmuş tanınmış simalar – sabiqlər də  var və onlar son illərdə ilk dəfə bir araya gələcəklər.

YAP Siyasi Şurasında təmsil olunan sabiqlər bunlardır:

Elnur Aslanov

Fatma Abdullazadə

Hacıbala Abutalıbov

Vaqif Abdullayev

Musa Musayev

Xeyrdəddin Qoca

İsmət Abbasov

Hüseynqulu Bağırov

Vaqif Hüseynov

Rizvan Vahabov.

Eyni zamanda, qeyd edək ki, bu şəxslər-sabiqlər də son illərdə bir araya gəlməyiblər və bu gün ilk dəfə olaraq Siyasi Şurada bir yerdə olacaqlar.

YAP Siyasi Şurasının bütövlükdə üzvlərinə gəlincə, onlar aşağıdakılardır:

  1. İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
  2. İsmət Abasov – təqaüdçü
  3. Əli Abbasov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
  4. Rövnəq Abdullayev – Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
  5. Vaqif Abdullayev – müvəqqəti işləmir
  6. Fatma Abdullazadə – təqaüdçü
  7. Yevda Abramov – Milli Məclisin deputatı
  8. Hacıbala Abutalıbov – təqaüdçü
  9. Elnur Aslanov – müvəqqəti işləmir
  10. Hüseynqulu Bağırov – müvəqqəti işləmir
  11. Azad Balayev – Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
  12. Tahir Budaqov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  13. Yaqub Eyyubov – Baş nazirin birinci müavini
  14. Ağaəli Əhmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  15. Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
  16. Namiq Əhmədov – Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
  17. Sədrəddin Əkbərov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi
  18. Fuad Ələsgərov – Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  19. Cəmil Əliyev – Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
  20. Əlibaba Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  21. Firdovsi Əliyev – Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
  22. Qafar Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  23. Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
  24. Vilayət Əliyev – Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
  25. Yaqub Əliyev – Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
  26. Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  27. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
  28. Akif Əlizadə – Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru
  29. Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri
  30. Oqtay Əsədov – Milli Məclisin sədri
  31. Ağabəy Əsgərov – «Azərbaycan» nəşriyyatının baş direktoru
  32. Asif Əsgərov – Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
  33. Şahlar Əsgərov – Bakı Dövlət Universitetinin professoru
  34. Ziyafət Əsgərov – Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
  35. Abdin Fərzəliyev – Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
  36. Asəf Hacıyev – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
  37. İsa Həbibbəyli – Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın birinci vitse-prezidenti
  38. Əli Həsənov – Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  39. Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
  40. Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
  41. Aydın Hüseynov – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
  42. Hicran Hüseynova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
  43. Vaqif Hüseynov – müvəqqəti işləmir
  44. İradə Hüseynova – Bakı Dövlət Universitetinin professoru
  45. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
  46. David İbrahimxəlilov – Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
  47. Məlahət İbrahimqızı – Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
  48. Eldar İbrahimov – Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
  49. Sudeyf İmamverdiyev – Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
  50. Nazim İsmayılov – Saatlı rayon İcra Hakimiyyətinin başçısı
  51. Süleyman İsmayılov – Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
  52. Mirkazım Kazımov – Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti
  53. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
  54. Elmar Qasımov – Bakı Ali Neft Məktəbinin rektoru
  55. Sədaqət Qəhrəmanova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  56. Xeyrəddin Qocayev – Prezident təqaüdçüsü
  57. Musa Quliyev – Milli Məclisin deputatı
  58. Samirə Quliyeva – YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri
  59. Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
  60. Yaqub Mahmudov – Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
  61. Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
  62. Abel Məhərrəmov – akademik
  63. Rafiq Məmmədhəsənov – Milli Məclisin deputatı
  64. Novruz Məmmədov – təqaüdçü
  65. Ramin Məmmədov – YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
  66. Şahin Məmmədov – Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı – hazırda Masallının icra başçısı
  67. Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
  68. Misir Mərdanov – Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
  69. Aydın Mirzəzadə – Milli Məclisin deputatı
  70. Bahar Muradova – Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri
  71. Musa Musayev – müvəqqəti işləmir
  72. Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
  73. Zeynal Nağdəliyev – Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
  74. Siyavuş Novruzov – Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
  75. Seymur Orucov – Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
  76. Hüseyn Paşayev – Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
  77. Hadı Rəcəbli – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
  78. Arif Rəhimzadə – Milli Məclisin Regional Məsələlər komitəsinin sədri
  79. Vüqar Rəhimzadə – «İki sahil» qəzetinin baş redaktoru
  80. Dilarə Seyidzadə – Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi
  81. Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  82. Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
  83. Rizvan Vahabov – müvəqqəti işləmir
  84. Misirxan Vəliyev – Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
  85. Mixail Zabelin – Milli Məclisin deputatı
Siyasi Şuranın iclasının saat 11-də başlayacağı və təxminən 2-cən davam edəcəyi gözlənilir.
***
Qeyd edək ki, Siyasi Şuranın iclası bir sıra diqqətçəkən məqamları ilə yadda qalıb.
Belə ki, uzun müddət bir-biri ilə görüşməyən YAP-çılar  Siyasi Şuranın iclasında bir araya gəliblər.
Həmçinin, müxtəlif vaxtlarda vəzifələrindən getmiş Siyasi Şura üzvü olan YAP-çılar vəzifədə olan hakim partiya üzvləri ilə bir arada olublar.
Diqqətçəkən məqamlardan biri də 2014-cü ildə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri  vəzifəsindən gedən və YAP Siyasi Şurasının üzvü olan  Elnur Aslanovla bağlı olub.
Belə ki, uzun müddət siyasi proseslərdən kənarda dayanan, çox zaman xaricdə olan  və YAP Siyasi Şuranın əksər üzvləri ilə  görüşməyən Elnur Aslanova partiyadaşları  tərəfindən  böyük ilgi, çox  isti münasibət sərgilənib…
Etikxeber.az

Read Previous

YAP-çı deputatlar-BİR ARAYA GƏLDİ VƏ SİYASİ ŞURANIN TƏŞƏBBÜSÜNƏ “HƏ” DEDİLƏR – YENİLƏNİB – (1)

Read Next

“Parlamentin rəhbərliyi müraciətimizi yaxınlarda MM-də müzakirəyə çıxaracaq” – YAP – YENİLƏNİB – (1) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir