“Elnur Rzayevi yaxşı tanıyıram, yaxın dostumdur…” – MİLLƏT VƏKİLİ SON TƏYİNATLAR BARƏDƏ

Gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illər baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Gəncədən olan millət vəkili Naqif Həmzəyev deyib.

naqif-1

O, qeyd edib ki,  bugünlərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunan Elnur Rzayevi yaxşı tanıyır.

“Elnur Rzayevi yaxşı tanıyıram, yaxın dostumdur. O, həm də YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvüdür. Elnur Rzayev yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verən kadrlardandandır. Əminəm ki, hər iki icra başçısı ölkə Prezidenti İlham Əliyevin onlara göstərdiyi inam və etimadı layiqincə yerinə yetirəcəklər…”-deyə, millət vəkili mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Cılız hisslərdən uzaq olaq” – DEPUTAT SEYİDOV, QAFAROVA VƏ FƏTƏLİYEVANIN MÜDAFİƏSİNƏ QALXDI

Read Next

“Atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində…” – RƏŞAD MƏCİD YENİ PA RƏHBƏRİNDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir