Elxan Qasımov 78 yaşında-DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Əməkdar artist Elxan Qasımov vəfat edib.

Etikxeber.az-in xəbərinə görə, bu barədə mətbuata mərhumun qızı məlumat verib.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci ilin 24 aprelində Naxçıvanda anadan olub.

M.A.Əliyev adına ADİİ-nin aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültələrində təhsil alıb. Elxan Qasımov daha çox “Əhməd haradadır?” bədii filmindəki “sürücü Əhməd” rolu ilə tanınsa da, həmçinin bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Bundan başqa, o, “Axırıncı aşırım”, “İnsan məskən salır”, “İstintaq”, “Nəsimi”, “Nizami Gəncəvi” kimi filmlərdə də rol alıb.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Elxan Qasımovun bu ilin may ayında səhhətində problemlər yaranıb və özəl xəstəxanaların birində əməliyyat olunub.

Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub və bu günə qədər xəstəxanada reanimasiyada müalicəsi davam etdirilib.

19:35

***

Elxan Qasımovla vida mərasimi sabah “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Vida mərasimi saat 11:30-da başlayacaq və daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqeləri qarşısında fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər-MN

Read Next

İlham Əliyev və Mehriban Əliyeva 26-cı dünya çempionatının-AÇILIŞ MƏRASİMİNDƏ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir