Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd, Xankəndi şəhərində, Elçin Yusubov Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi-TƏYİN EDİLDİLƏR – YENİLƏNİB

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1438 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Etikxeber.az

Read Previous

Doğum günün mübarək olsun, Şəhidimin Anası-Mehparə Qardaşım! – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Prezident bir qrup Azərbaycan qadınını “Tərəqqi” medalı ilə-TƏLTİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir