Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Nəsimi rayonunun (həm də Cəbrayıl rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Tahir oğlu İsmayılovun doğum günüdür.
Emin İsmayılovun bu gün-21 may 2026-cı il tarixində 25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, bu gün səhər saatlarında Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
“Quran” oxunub, ruhuna dualar edilib, məzarı başında qısa çıxışlar olunub.
Şəhidin doğmalarına-anası Məlahət İsmayılovaya Allahdan səbr və dözün arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Şəhidin məzarını 1 saatdan çox yaxın çəkən ziyarətdən sonra Cənnətdəki altıncı doğum günü ilə bağlı “Grand Neon” şadlıq sarayında məclis-tədbir düzənlənib.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha çıxışlar olunub.
Emin İsmayılovun 19 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından söz açılıb.
Anası Məlahət xanımın dediklərindən:
“Hamı bilir ki, Emin mənim tək övladım idi, ondan başqa övladım yoxdu…Minbir çətinliklərlə onu böyütmüşdüm…Çox çətinliklər çəkmişdi…Amma çox Vətənpərvər, çox əliaçıq, çox ürəyiyumşaq, çox qonaqpərvəriydi…Son qəpiyini belə başqası ilə bölüşərdi, son tikəsini belə başqasına verərdi…Kimsəni ac getməyə qoymazdı…Bir gün Eminə hərbi xidmətə çağırış vərəqəsi gəlmişdi…Ağladım, dedim ki, Emin, sənin Əsgərliyə getməyini istəmirəm, tək övladımsan, gözümdən uzaqda olmağını istəmirəm…Dedi ki, ana, mən getməyim, o getməsin, bəs kimi getsin, kim Vətəni qorusun…Emin belə bir Vətənpərvər övlad idi…Getdi və İkinci Vətən Müharibəsi zamanı sevdiyi Vətəni yolunda Şəhid oldu…Mənim üçün çox ağırdır, çox…Amma Eminlə Fəxr edirəm…Fəxr edirəm ki, Emin kimi Oğulun anasıyam…”
Tədbirdə eyni zamanda, Vətənə, Şəhid Emin İsmayılova, Şəhidlərə həsr olunmuş olunmuş şeir və mahnılar səsləndirilib.
Xüsusilə, tanınmış bəstəkar və müğənni, yüzlərlə Şəhidə mahnı bəstələmiş Ruslan Səfəroğlunun, tanınmış ifaçı-xanəndə, Əməkdar artist Babək Şuşalının, sevilən ifaçılar Nurlan Ordubadlı və Baba Dərələyəzlinin ifaları tədbirə xüsusi ovqat, rəng qatıb.




Onların ifaları məclis-tədbir iştirakçılarını kövrəldib, təsirləndirib, duyğulandırıb.
Məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Eyni zamanda, tədbirin sonunda Emin İsmayılovun Cənnətdəki altıncı doğum günü ilə bağlı hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı tədbirdə anası Məlahət İsmayılova daxil olmaqla, doğmaları, Şəhid ailələri, Qazilər, Şəhidsevər ziyalılar, sənətçilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib..
Evin tək övladı, tək oğlu olub.
Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.
2007-2018-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından sonra-2019-cu ilin yayında həqiqi hərbi xidmətə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.
Oktyabrın 6-da isə Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini bir ay 21 gün sonra-noyabr ayının 27-də əldə etmək mümükün olub və İkinci Fəxri Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Anası Məlahət İsmayılova isə övladının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
19 yaşında Şəhidlik məqamına ucalan Emin həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
14:54
***
FOTOLAR:


















16:36
***







17:00
***






17:30
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




