“Emin Sabitoğlu zəng etdi və dedi: Əliyev tapşırıb ki…” – XALQ ŞAİRİ

Heydər Əliyevlə bağlı xatirələrim 1969-cu ildən başlamır. Tam 61 il öncə bu böyük azərbaycanlı ilə ilk dəfə görüşmüşəm. 1958-ci ildə Nəriman Nərimanov haqda əsər yazırdım. Dövlət Təhlükəsizliyi Komitəsindən (DTK) mütləq senzor icazəsi almalıydım. Yəni əsərimin müqəddəratını onlar müəyyənləşdirəcəkdilər. Komitəyə daxil oldum. Hündürboylu, cüssəli, çox yaraşıqlı, şux qamətli bir zabit mənə yaxınlaşaraq özünü təqdim etdi: Heydər Əliyev.

Etikxeber.az xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə deyib.

“O vaxt onun 35 yaşı vardı. Mövzunun Nəriman Nərimanovdan olduğunu bildikdən sonra çox sevindi və çapına dərhal icazə verdi. Qısaca dedi ki, belə görkəmli şəxsiyyətlər barədə daha çox əsərlər yazılmalıdır və arxivdən əlavə nə materiallar lazımdırsa, sizə kömək edərəm. Mən heyrət etdim. Çünki öyrənmişik, DTK-da rus, ya da erməni zabit bizi çək-çevirə salmalı, saatlarla izahat almalı, axırda da ən yaxşı halda əsərin yarısını ixtisar etməliydi. Amma mən belə bir vətənpərvər DTK zabiti ilə qarşılaşdığıma, ondan nəinki maneə, hətta xeyir-dua almağıma çox heyrətlənmişdim və böyük sevinc qarışıq həm də təəccüblə oradan ayrılmışdım”deyən Xalq şairi qeyd edib ki, sonrakı dövrdə də dəfələrlə Heydər Əliyevin birbaşa müdaxiləsi ilə məxfi arxivlərə daxil olub, keçmişimizi araşdırıb, bədii əsərlər yazıb.

ƏLİYEV HEYDƏR

Tərlan Musayeva-1

NARIMANNNN-3

“Ümumiyyətlə, qeyri-adi bir insan idi Heydər Əliyev. “Mən azərbaycanlıyam” sözünü o qədər qürurla deyirdi ki…

Bir dəfə də Ulu Öndəri müşayiət edərək Bərdəyə zona müşavirəsinə getmişdik. Heydər Əliyev gənc pambıqçı Tərlan Musayeva ilə görüşdü, çox səmimi söhbət etdi. Mən o görüşdən sonra gəlib bir şeir yazıb qəzetdə çap etdirdim. Bir gün sonra gecə saatlarında bir də gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi, sənin sözlərinə yazılmış musiqini sabah dinləyərsən. Heydər Əliyev tapşırıb ki, həmin şeirə mahnı bəstələyim. O mahnı dillərə düşdü. Heydər Əliyev bütün sahələrə diqqətli idi…

Ulu Öndərimizlə görüşlərin birində mən bir şeir söyləmişəm. Həmin şeiri Ulu Öndər özü alqışlayıb. Çıxışımı da elə bu şeirlə bitirmək istəyirəm:

Ey eşqim, vüqarım, sənətim, canım,

Ana çağırdığım, Azərbaycanım.

Açıb qollarımı mehri-ülfətlə,

Bağrıma basıram səni hörmətlə.

Sən de, ey adı ilə fərəhləndiyim,

Şanlı sədasıyla ürəkləndiyim.

Xalqımın istəkli, əziz övladı,

Şeirimin, sözümün qolu, qanadı.

Sənin hər istəyin, sənin hər arzun

Həyatda qoy şöhrət çələngi olsun.

Qaldırdın adını bu məmləkətin,

Andın müqəddəsdir, südün təmizdir.

Mənim taleyimdir sənin şöhrətin,

Tarixdə tarixi mərhələmizdir.

Gəlin, addımlayaq sülh cərgələrlə,

Gəlin, qabaqlayaq dövrü zamanı.

Daim alqışlayaq yalnız zəfərlə,

Ana dediyimiz Azərbaycanı!”-deyə, Xalq şairi bildirib.

Etikxeber.az

Read Previous

Nazim Babayev üç təkanla tullanmada qızıl medal qazandı – İTALİYADA

Read Next

Plastik məhsulların istehsalı və satışı qadağan olunur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir