Emin Sabitoğlunun qızı rektor oldu – SƏRƏNCAM

Dövlət başçısı İlham Əliyev Ceyran Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında  Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilsin.

Ceyran_Mahmudova

Qeyd edək ki, C. Mahmudova Azərbaycanın tanınmış bəstəkarı-mərhum Emin Sabitoğlunun qızıdır.

O, xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professorudur.

C. Mahmudova həmçinin,  telekanallardan birində “Musiqi Xəzinəsi” verilişinin aparıcılarından biri olub.

Etikxeber.az

 

Read Previous

Prezident Səfərovu Seyidovla əvəzlədi…

Read Next

Metro və avtobuslarda gediş haqqı artırıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir