“Enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq” – İlham Əliyev

“Biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik. Biz üç il bundan əvvəl strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalamışıq. Bu sənəd gələcəyə doğru yolumuzu göstərir. Biz qarşılıqlı hörmətə, dostluğa, Azərbaycan və Xorvatiya xalqları arasında bir çox oxşarlıqlara əsaslanan bu münasibətlərə önəm veririk. Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Biz ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev özünün və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafətdə çıxışı zamanı deyib.

O, deyib ki, Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.

“Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq”-deyən Prezidentin sözlərinə görə, “strateji xarakter” sözləri artıq ikitərəfli münasibətlərdə adət edilən bir ifadədir:

“Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq”.

Etikxeber.az

Read Previous

Müəllim və valideynlər üçün növbəti səyyar qəbul keçiriləcək

Read Next

Kitaroviçdən Əliyevə : “Dostunuz var…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir