Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Luis Enrike mövsüm başa çatdıqdan sonra “Barselona”nın baş məşqçisi postunu tərk edəcək.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
“Mənə göstərilən etimada görə kluba minnətdarlığımı bildirirəm. Bu inanılmaz üç il idi”- deyə, L.Enrike bildirib.
Qeyd edək ki, L.Enrikenin rəhbərliyi altında “Barselona” iki dəfə İspaniya çempionu olub (2014/15, 2015/16), İspaniya Kuboku (2014/15, 2015/16) və Superkubokunu qazanıb (2016). Həmçinin 2014/15-ci il mövsümündə klub UEFA Çempionlar Liqası, 2015-ci ildə UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.
Etikxeber.az