Enrike “Barselona”nı tərk edir…

Luis Enrike mövsüm başa çatdıqdan sonra “Barselona”nın baş məşqçisi postunu tərk edəcək.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

“Mənə göstərilən etimada görə kluba minnətdarlığımı bildirirəm. Bu inanılmaz üç il idi”- deyə, L.Enrike bildirib.

Qeyd edək ki, L.Enrikenin rəhbərliyi altında “Barselona” iki dəfə İspaniya çempionu olub (2014/15, 2015/16), İspaniya Kuboku (2014/15, 2015/16) və  Superkubokunu qazanıb (2016). Həmçinin 2014/15-ci il mövsümündə klub UEFA Çempionlar Liqası, 2015-ci ildə UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva: “Günahkarların mühakimə olunması üçün…”

Read Next

Düşmən yenə dinc dayanmır, atəşkəs rejimini 144 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir