Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib-XİN

Eritreyada gəmilərin heyəti Azərbaycana gətirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşrı dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib:

“Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk”.

Etikxeber.az

Read Previous

Hava buludlu olacaq, şimşək çaxacaq-SABAH

Read Next

Bu gün Cənnətdəki beşinci doğum günü, 27 yaşı tamam olan tək və subay övlad, İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadə-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI, ŞƏHİDİN ANASI ARZU HÜSEYNOVAYA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir