“Seçkilər 2023-cü ilin iyununda keçiriləcək, namizədimiz də Ərdoğandır”-BAXÇALIDAN MÜXALİFƏTİN ERKƏN SEÇKİ ÇAĞIRIŞLARINA SƏRT TƏPKİ

Gündəlikdə erkən seçki deyilən bir məsələ yoxdur. Prezident seçkiləri vaxtında, 2023-cü ilin iyun ayında olacaq.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanı Dövlət Baxçalı müxalifətin erkən seçki çağırışlarına münasibətini bildirərkən deyib.

MHP lideri prezident seçkilərində namizədlərinin Türkiyənin hazırkı cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olacağını bildirib.

Qeyd edib ki, Ərdoğanın üçüncü dəfə namizəd olmasına da heç bir əngəl yoxdur və ola bilməz.

O, MHP-nin də yer aldığı “Cümhuriyyət İttifaqı” “Vətən İttifaqı” və cümhuriyyət iradəsi adlandırıb.

Baxçalı eyni zamanda, ABŞ-ın Türkiyədəki yeni səfirinin İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunu iş yerində ziyarət etməsini kəskin tənqid edib və bunu “çiçəyi burnunda səfir”in Türkiyənin daxili işlərinə müdaxilə cəhdi kimi dəyərləndirib.

Etikxeber.az

Read Previous

Bakı-Şuşa avtobusu hava şəraitinə görə-GERİ QAYIDA BİLMƏDİ VƏ…

Read Next

“COVID-19” pasportu olmadığına görə 217 nəfər-ŞƏNLİYƏ BURAXILMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir