Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AŞPA-da iki komitədə üzv olacağam. Biri (ixtisasıma görə) öncədən aydın idi – Hüquq İşləri və İnsan Haqları. İkinci komitə kimi Siyasi İşlər və Demokratiya Komitəsini düşünürdüm, amma oraya məndən öncə yazılanlar oldu. Başqa komitələrin əksəriyyətində özümü görmürdüm, amma daha bir komitədə üzvlüyə gərək olduğundan, mənə Mədəniyyət, Elm, Təhsil və Media Komitəsi təklif olundu. Müəllim keçmişimə güvənərək razılaşdım.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli məlumat verib.
“AŞPA-dakı siyasi qruplara gəlincə, hələ aydın nəsə deyə bilmərəm. İstisna yoluyla yanaşsam, solçulara qoşulmayacağımı indidən yaza bilərəm. AŞPA-da solçuların iki qrupu var: 1) Sosialistlər, Demokratlar və Yaşıllar; 2) Birləşmiş Avropa Solu.Əslində, AŞPA-da siyasi qruplarda üzvlük nümayəndənin öz ölkəsindəki ideoloji mövqeyi və ya partiya mənsubiyyətilə məhdudlaşdırılmır. Yəni, öz ölkəsində, misal üçün, liberal olan, AŞPA-da mühafizəkarların qrupuna yazıla bilər və sair. Odur ki, mən, AŞPA-dakı qaydalara görə, solçulara qoşula bilərəm. Orada, bu, ideoloji seçim deyil. Bunula belə, bu seçimi edəsi deyiləm.
Başqa qruplardan Avropa Xalq Partiyası və Xristian Demokratlar (bu, ən böyük qrupdur), Liberalların və Demokratların Avropa Uğrunda Birliyi, Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik (bu da bir qrupdur), eləcə də, heç bir siyasi qrupa aid olmayanların qrupu (bu, ayrıca qrupdur). Sonuncudan başqa hamısı sağ və ya sağ-mərkəzdir. Sonuncunun aydın siyasi kimliyi yoxdur. AŞPA-dakı qaydalara görə, qrup seçməzdən öncə, nümayəndə hər qrupun toplantılarına qatıla bilər (onları öyrənmək üçün). Güman ki, elə də edərəm. Bəzilərini yaxşı tanıyıram, əlaqələrim də var. Bununla belə, üzvlüyü seçərkən ölkə üçün faydalığı da düşünmək gərəkdir. Örnəyi, qrupların birində bizimkilərdən üç nəfər artıq var. Hamılıqla və ya əksəriyyətimizin bir qrupa doluşmağın ölkəmiz üçün faydası çox az olacaq (olacaqsa). Odur ki, hər qrupda olmasa da, önəmli qrupların hər birisində bizdən kimsə olmalıdır. Seçim edərkən bunu da nəzərə alacağam”-deyə, o, əlavə edib.

Etikxeber.az





