Erməni əsilli Marat Ueldanova 8 il həbs cəzası verildi – BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

Etikxeber.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.   

Etikxeber.az

Read Previous

Elbeqdorj Əliyevə məktub ünvanladı

Read Next

“Çox təəssüf ki, AŞPA-da ikili standartlar hələ də hökm sürür…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir