“Erməni soyqırımı” ifadəsi işlədən Baydenə Türkiyədən cavab geçikmədi: “ƏSASI POPULİZM OLAN BU İFADƏLƏRİ RƏDD EDİRİK” – AZƏRBAYCAN XİN-DƏN DƏ ETİRAZ – YENİLƏNİB – (2)

ABŞ Prezidenti Co Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü “soyqırım” adlandırıb.

Etikxeber.az TASS-a istinadən xəbər verir ki, Bayden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”. 

Bunu isə Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.

 “Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”– deyə, M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

20:37

***

“ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 24 aprel 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və ən şiddətli şəkildə qınayaraq rədd edirik”.

Bu, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, sözügedən açıqlamanın heç bir elmi və hüquqi əsası olmadığı məlumdur, 1915-ci il hadisələrinə aid olan beynəlxalq hüquqda yer alan “soyqırım” ifadəsinin istifadə olunması üçün heç bir əsas yoxdur və tarixdə çox böyük təhrifdir:

“Tarixi həqiqətləri təhrif edən ABŞ Prezidentinin bu açıqlaması Türk xalqı tərəfindən heç vaxt qəbul olunmayacaq və qarşılıqlı inamımızı, dostluğumuzu sarsıdan dərin bir yara açacaqdır”, deyə bildirilən açıqlamada qeyd olunub: “ABŞ prezidentini müəyyən siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvi düzəltmək üçün, tarixdən düşmənçilik yaratmağa çalışan bu dairələrin gündəminə xidmət etmək əvəzinə, bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc, yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə dəvət edirik”. 

21:04

***

“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.

Bu isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Bəyanatda sonra deyilir:

“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

21:09

***

Aprelin 24-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən məıumata görə, nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu Türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.

Etikxeber.az

Read Previous

Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR – (İKİNCİ HİSSƏ)

Read Next

Azərbaycandakı siyasi partiyalardan Baydenə-ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir