“Erməni soyqırımı”nı sübuta yetirən fakt yoxdur – ƏLİ ƏHMƏDOV – FOTOLAR – YENİLƏNİB

ERKAN ÖZARAL: Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır

Yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir.

Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən  “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə baş nazirin müavini, adıçəkilən partiyanın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur:

“Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, qondarma “erməni soyqırımı”nın dünyaya yayılmasına cəhd göstərilməsi tarixə qarşı ədalətsizlikdir:

“Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır”.

***

YAP sədrinin müavini diaspor təşkilatlarını tənqid etdi

Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu, yanlışdır.

Bunu da adıçəkilən tədbirdə Ə. Əhmədov deyib.

YAP sədrinin deyib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar.

“Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək”-deyən Ə. Əhmədov qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib.

“Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar. Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

ƏLİ ƏHMƏDOV

ƏLİ ƏHMƏDOV-1

ƏLİ ƏHMƏDOV-2

ƏLİ ƏHMƏDOV-4

əli-Z. S

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

“Paşinyan özündən əmin deyil” – MİLLƏT VƏKİLİ

Read Next

İlham Əliyev – ÇİNDƏ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir