“Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər “fake” və dezinformasiyadır”-MSN

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən (MSN) bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə “fake” və dezinformasiya xarakteri daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə nazirlikdən bildirilib.

Etikxeber.az

Read Previous

Anası tərəfindən təkbaşına böyüdülən, tək və subay övlad, üç medal və bir ordenli-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN HÜSEYNZADƏNİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

20 yaşının tamamından cəmi 4 gün sonra Şəhidlik məqamına ucalan-GORANBOYLU ƏLİ İSMAYILOV – BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir