Erməni vandalları Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutdu-4 NƏFƏR HƏLAK OLDU, 5 NƏFƏR YARALANDI – YENİLƏNİB – (3)

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O, qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb:

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

***

Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində ölən və yaralananların adları açıqlanıb.

Hadisə nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb. 

Qeyd edək ki, yaralananların sayı 5-ə çatıb və yaralılardan bir neçəsi Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

Bunu da Hikmət Hacıyev “Twitter”də bildirib.

O, bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!” – deyə, H. Hacıyev qeyd edib.

***

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

16:27

***

Son məlumata görə, terraktda həlak olanların sayı 4-ə çatıb.

Yaralananlardan biri də dünyasını dəyişib.

Etikxeber.az

Read Previous

“Uğurlu əməliyyatlarımız davam edir…Sevincli xəbərlər gələcək…Hərbi-siyasi yol ən məqbul yoldur…”-İlham Əliyev Türkiyənin NTV televiziyasına-MÜSAHİBƏSİ – FOTO – YENİLƏNİB – (3)

Read Next

“Əgər hansısa dövlət “sülhməramlı” adı ilə öz hərbi birləşmələrini Dağlıq Qarabağa göndərmək istəyirsə, bu, qəbulolunmazdır…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir