“Ermənilər bir gün öz qanlarında boğulacaqlar…” – MİLLƏT VƏKİLİ

Qazax rayonunun Ermənistanla sərhəddində düşmən təxribatının qarşısını alarkən əsgərimiz İbrahim Ələmşah oğlu Vəliyev şəhid olub. Şəhidimizə Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbr diləyirik. Nur içində yatsın!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Şəhidimizin qanı yerdə qalmayıb,düşmənin bir əsgəri məhv edilib,bir zabiti ağır yaralanıb. İnşallah, daha da ağır cavablar alacaqlar işğalçı təxribatçılar…”-deyə, o, əlavə edib.

Digər millər vəkili Eldəniz Səlimov da şəhidimizə Allahdan rəhmət, valideynlərinə, əzizlərinə səbr dilədiyini bildirib, “başın sağ olsun, Vətən!”- deyib.

“Erməni cəlladları, erməni qaniçənləri daha bir can aldılar, daha bir gəncimizə, igidimizə qıydılar. Onlar əsrlərdir qandan doymurlar, ancaq bir gün inşallah, çox da uzaq olmayan bir gündə öz qanlarında, qanlar içində boğulacaqlar. Onlar Aprel döyüşlərini, Cünnüt əməliyyatını qəti unutmasınlar, yadlarından çıxarmasınlar. Azərbaycan Ordusu, igid, qəhrəman Azərbaycan əsgərləri, hərbçilərimiz bunu cavabsız qoymayacaqlar, necə ki, qoymadılar…Ancaq bu, son olmayacaq, daha ağır və daha layqili cavablarını alacaqlar.

Şəhidlərimiz bizim baş tacımız, onların uyuduğu məzarlar, şəhidlər xiyabanları bizim and yerimizdir. Şəhidlərimiz bizim qürurumuz, iftixar mənbəyimizdir. Odur ki, bütün şəhidlərimizə, o cümlədən, şəhid balamız İbrahim Vəliyevə Allahdan rəhmət diləyir, məkanları, məkanı cənnətlik olsun deyir, ailələrinə, ailəsinə, bütün Azərbaycan xalqına başsağlığı veririk. Hər kəs, xüsusilə, düşmənlərimiz, onların qanlı havadarları bilsinlər ki, bu qan, tökülən qanlar yerdə qalmayacaq”-deyə, E. Səlimov sonra bildirib.

“Son günlər işğalçı, təcavüzkar ölkənin silahlı birləşmələri daha da azğnlaşıblar, daha da qansızlaşıblar, daha da quduzlaşıblar. Son iki həftə ərzində artıq 3-cü hərbçimizi, əsgərimizi qətlə yetiriblər, şəhid ediblər. Eyni zamanda, çox keçmədən layiqli cavablarını da alıblar və alacaqlar”.

Bunu isə digər millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili bildirib ki, bu gün daha bir Azərbaycan ailəsinin ocağına atəş düşüb, daha bir igidimiz erməni gülləsinə tuş gəlib, qurban gedib.

“Hamımız böyük kədər, üzüntü içindəyik. Hamımızın ruhu qan ağlayır, ruhumuz sızlayır. Daha bir gəncimizi, həyatdan nakam gedən balamızı Haqqın dərgahına uğurlayırıq. Dərgahı mübarək, məkanı cənnətlik olsun, şəhid balamızın, igid, qəhrəman İbrahimimizin. Böyük Yaradan onun ailəsinə, doğmalarına, əzizlərinə, bütün Azərbaycan xalqına səbr versin!

Şəhidlər ölmür, ölümləri, igidlikləri ilə ölümsüzlüyü qovuşurlar…Onlar cismən bizimlə olmasalar da, mənən, ruhən bizimlədir, bizlərlədir… Neçə ki, müstəqil Azərbaycanımız var, neçə ki, xalqımız var, şəhidlərimiz də var olacaq, şəhidlərimiz də mənən, ruhən bizlərlə yaşayacaqlar!”-deyə, K. Əliyeva daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycan idmançılarının Olimpiya oyunlarına hazırlığına dair-SƏRƏNCAM

Read Next

Kişilik simvolu – ƏFLATUN AMAŞOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir