Ermənilər cəbhədə vəziyyət yenidən gərginləşdi – Müdafiə Nazirliyi açıqlama yaydı

Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən verilən məlumatda bildirilir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Etikxeber.az

 

Read Previous

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Read Next

Qanunsuz mərc və qumar oyunları təşkil edən şəxslər saxlanıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir