Ermənilər cavab verəcəklər… – Deputat yazır

Xocalı faciəsi ilə bizi 25 illik bir tarix ayırır. Bu, bizim əbədi dərdimiz, əbədi yaramızdır. Əlbəttə, heç birimiz bu günü heç bir zaman unutmayacayıq.

Bu gün qarşımızda dayanan ən əsas məsələ Xocalı faciəsinə dünya birliyi tərəfindən soyqırımı kimi hüquqi qiymət verilməsinə nail olmaqdır.

Hamımıza məlumdur ki, 1994-cü ildə ulu öndər tərəfindən bu əməl ilk dəfə soyqırımı olaraq qiymətləndirilib və tanınıb. Məhz 1993-cü ildən sonra aparılan siyasətin məntiqi nəticəsi idi ki,  çox keçmədən ABŞ Konqresi ilk dəfə rəsmi olaraq Xocalı soyqırımını tanımağa çağırdı.

ABŞ Konqresində İndiana ştatının təmsilçisi, beynəlxalq münasibətlər komitəsinin üzvü, konqresmen  Den Barton Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımını tanımağa çağıraraq bildirmişdi ki, ABŞ Konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracaq. Konqresmen  çıxışında “Newsveek”jurnalının 1993-cü ilin 29 noyabr tarixli sayında ABŞ höhümətinin yüksək vəzifəli rəsmisinin dərc olunan fikirlərinə də istinad edib:

“Şahidi olduq ki, ermənilər Azərbaycan ərazisində ələ keçirdikləri hər bir kəndi dağıtmağı qarşılarına  məqsəd qoyublar, Bu barbarlıqdır”.

xocali

Bu gün isə Azərbaycanın apardığı beynəlxalq təbliğat nəticəsində artıq bütün dünya Xocalıda baş verənlərdən xəbərdardır. Bu illər ərzində ən böyük təbluğatı, tədbirlər planını Heydər  Əliyev Fondu həyata keçirib. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Xocalı faciəsinin bir soyqırım hadisəsi olaraq tanınmasında əvəzsiz xidməti olan Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər  Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya və Fondun vitse Prezidenti Leyla xanım Əliyevaya şükranlarımız sonsuzdur.

Məhz onların rəhbərliyi ilə həyata keçirilən Xocalıya Ədalət kampaniyası sayəsində Xocalı dərdlərindən, Xocalı hadisələrindən artıq dünyanın böyük hissəsi xəbərdardır və bu həlqə getdikcə daha da genişlənir.

Qəribədir ki, ermənilər özləri də Xocalıda soyqırımı törətdiklərini təsdiq edirlər. Nə qədər acı, dəhşətli olsa da indi deyəcəklərimiz faktdır. Həm də yaddaşımızda birdəfəlik həkk etməli olduğumuz acı faktdır.

xocali_250208

İnterpolun axtarışında olan Zori Balayan yazır:

“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı hay-küy salmasın deyə, Xaçatur anasının kəsilmiş döşünü onun ağzına soxdu. Mən onun başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdk. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.

Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı faktlarını öz əsərində fəxrlə sadalayan Zori Balayan hər bir erməninin bu hərəkətdən qürur duymalı olduğunu yazır. Qeyd edək ki, Xocalıda ermənilərin soyqırımı gerçəkləşdirdiyini, insanlığa qarşı görünməmiş cinayət törətdiklərini təsdiq edən bu fikirlər Zori Balayanın 1996-cı ildə dərc edilmiş ” Ruhumuzun canlanması” adlı kitabının 260-262-ci səhifələrində yer alıb. Burada yəqin ki, heç bir şərhə, izaha ehtiyac yoxdur.

Yetər ki, bu acı həqiqəti bütün dünya, xüsusilİlə dünyaya demokratiya dərsi öyrədənlər eşidib, görmək istəsinlər, yetər ki, Azərbaycanın haqlı mübarizəsində haqqın, ədalətin yanında olsunlar, yetər ki, haqqımızı tapdalamasınlar.

rusiya-ombudsmani-xocali-abidesi-ziyaret-2

Yazımı Prezident İlham Əliyevin ifadələri ilə bitirmək istəyirəm:

“20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. Bəşəri cinayətləri törədənlər isə gec-tez həm ədalət, həm də elə bəşəriyyət, insanlıq qarşısında cavab verirlər”.

jala

Jalə Əliyeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib – BAHAR MURADOVA

Read Next

“Rusiya amili və Ermənistanın digər havadarları olmasa…” – Millət vəkili Xocalı soyqırımından və cəbhədəki gərginlikdən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir