“Ermənilər Xocavənddə Ordumuzun bölmələrinə hücum edib, bir əsgərimiz Şəhid olub, düşmənin altı hərbçisi məhv edilib”-MN-DƏN AÇIQLAMA

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a bildirilib ki, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib:

“Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

“Bundan sonra da müharibə, Qarabağ, Qələbə mövzusunda yaxşı musiqilər, yaxşı əsərlər, yaxşı filmlər ortada olacaq, buna əminəm”- MİLLƏT VƏKİLİ NOVRUZ ASLAN

Read Next

Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir