Ermənilər yenidən Bərdəni raket atəşinə tutdu-NÖVBƏTİ VANDALİZM TÖRƏTDİ- 4 NƏFƏR HƏLAK OLDU, 13 NƏFƏR YARALANDI – YENİLƏNİB – (2)

Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu” – deyə, H. Hacıyev qeyd edib.

***

“Ermənistanın Azərbaycanın Bərdə rayonuna endirdiyi raket zərbəsi nəticəsində ölənlər arasında bir azyaşlı var”.

Bu barədə də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür” – deyə, H. Hacıyev qeyd edib.

***

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan  verilən məlumata görə isə, 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

18:19

***

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”.

Bunu da Hikmət Hacıyev qeyd edib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”– deyə, H. Hacıyev vurğulayıb.

Etikxeber.az


Read Previous

“SÜLHSEVƏR AZƏRBAYCAN”-Altınbek Mamayusupov

Read Next

“Barı Türk Şurasına üzv dövlətlər qardaş Türkiyədən örnək götürsünlər, ATƏT-də səslərini çıxarsınlar, neytrallıqarını qoruyub saxlamadıqları üçün Minsk qrupu həmsədrlərini danışıqlarda vasitəçilikdən imtina etməyə səsləsinlər…”-SAHİB ALIYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir