Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezidentimiz Münhendə, Brüsseldə, eləcə də bir çox beynəlxalq çıxışlarında nəinki Qarabağdan danışır, həm də Zəngəzur, Göyçə və vaxtı ilə Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycan əraziləri ilə bağlı da mesajlar verir.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı deyib.
“Möhtərəm Prezidentimiz xaricdə, beynəlxalq kürsülərdə, eləcə də, ölkəmizdə informasiya təbliğatı ilə bağlı ciddi mesajlar verir. O hər dəfə bizə, siyasətçilərərin, ziyalıların nəinki işğal altında olan Qarabağla, hətta, İrəvan, Zəngəzur, və Göyçə, Qərbi Azərbaycanla əlaqədar görməli vəzifə və məsuliyyətlərinin olduğunu xatırladır”-deyən M. İbrahimqızı eyni zamanda bildirib ki, dövlətimiz istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür:
“Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta, bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az